Azərbaycanda icbari sığorta bazarı 14 %-dən çox kiçilib

Maliyyə
  • 07 noyabr, 2022
  • 12:51
Azərbaycanda icbari sığorta bazarı 14 %-dən çox kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 177,655 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14,4 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 71,848 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,5 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-sentyabr aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-sentyabr aylarında 44,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 731,22 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,5 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 318,615 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,7 % azdır.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.

44 filmi