Azərbaycanda həyat sığortası bazarı 30 %-dən çox böyüyüb
- 01 aprel, 2023
- 06:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 82,158 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,4 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 3,6 dəfə artaraq 37,9 milyon manata çatıb.
Beləliklə, 2023-cü ilin yanvar-fevral ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 16,6 manat olub.
Xatırladaq ki, iki ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.
İki ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.