Azərbaycanda həyat sığortası bazarı 29 %-dan çox böyüyüb

Maliyyə
  • 31 dekabr, 2022
  • 12:07
Azərbaycanda həyat sığortası bazarı 29 %-dan çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 451,028 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,4 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 0,6 % artaraq 231,224 milyon manata çatıb.

Beləliklə, 2022-ci ilin yanvar-noyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 51,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 66 manat olub.

Xatırladaq ki, bu ilin 11 ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 875,132 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 14% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,953 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,7 % azdır.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

44 filmi