Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 64% artıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 64% artıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.
Maliyyə
31 Oktyabr , 2018 16:42
Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 64% artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 48 mln. 293,3 min manat təşkil edib. Bu, yanvar-avqust ayları ilə müqayisədə 8 mln. 845,7 min manat və ya 22,42% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 18,867 mln. manat və ya 64,12% artıb.

Bu ilin yanvar-sentyabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 1 mln. 775,7 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-avqust aylarındakı göstəricidən 959,5 min manat və ya 2,18 dəfə, 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 180,4 min manat və ya 9,22% azdır. 

Son xəbərlər

Orphus sistemi