Azərbaycanda əmlak sığortası bazarı 9 %-dən çox böyüyüb
- 27 avqust, 2022
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 104,188 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 10,827 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 18,4 % azdır.
Yanvar-iyul aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 13,9 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,501 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 241,128 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19,9% azdır.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.