Azərbaycanda əmlak sığortası bazarı 9 %-dən çox böyüyüb
- 30 iyul, 2022
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-iyun aylarında Azərbaycanda əmlak sığortası üzrə 79,958 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 9,537 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19 % azdır.
Yanvar-iyun aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 11,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 16,1 manat olub.
Qeyd edək ki, 6 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 491,605 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,923 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,5 % azdır.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,9 manat olub.