Azərbaycanda əmlak sığortası bazarı 18 % böyüyüb

Maliyyə
  • 01 oktyabr, 2022
  • 12:34
Azərbaycanda əmlak sığortası bazarı 18 % böyüyüb

Bu il yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 120,874 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 12,486 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,5 % azdır.

Yanvar-avqust aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 14,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 654,918 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 283,671 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,5 % azdır. 8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,5 manat olub.