Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirləri 26 % azalıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirləri 26 % azalıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % azalaraq 6 227,2 milyon manat olub.
Maliyyə
17 Dekabr , 2020 16:55
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirləri 26 % azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % azalaraq 6 227,2 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsirinin nəticəsində bu ilin mart-noyabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədardır.

Hüquqi şəxslər tərəfindən əhaliyə 4 685,1 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215,1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Orphus sistemi