Azərbaycanda dövlət satınalmaları zamanı sənədlərin dili müəyyənləşdirilir

Azərbaycanda dövlət satınalmaları zamanı sənədlərin dili müəyyənləşdirilir Azərbaycanda satınalan təşkilat tərəfindən satınalmalara dair sənədlər dövlət dilində tərtib olunmalıdır.
Biznes
22 İyun , 2023 10:03
Azərbaycanda dövlət satınalmaları zamanı sənədlərin dili müəyyənləşdirilir

Azərbaycanda satınalan təşkilat tərəfindən satınalmalara dair sənədlər dövlət dilində tərtib olunmalıdır.

"Report" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, satınalma komissiyasının qərarı ilə satınalmalara dair sənədlər xarici dillərdən birinə (bir neçəsinə) tərcümə oluna bilər. Bu halda, satınalmalara dair sənədlər arasında ziddiyyət yaranarsa, dövlət dilində tərtib olunmuş sənədlərə üstünlük veriləcək.

Həmçinin qeyri-rezident təchizatçılar tərəfindən sənədlər (məlumatlar) uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda nəzərdə tutulduqda həmin xarici dildə təqdim oluna biləcək.

Son xəbərlər

Orphus sistemi