Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib

Maliyyə
  • 21 noyabr, 2022
  • 13:37
Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı bir fiziki şəxsə - Həsənov Qoşqar Əlsəməd oğluna sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar noyabrın 15-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun qəbul olunub.