Azərbaycanda BOKT-lar ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcək

Azərbaycanda BOKT-lar ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcək Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcəklər.
Maliyyə
5 İyun , 2023 12:52
Azərbaycanda BOKT-lar ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcək

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcəklər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib

Onun sözlərinə görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsində nəzərdə tutulub.

"AMB tərəfindən yaxın zamanlarda bu qanun layihəsi Milli Məclisə təqdim olunacaq", - deyə T. Kazımov bildirib.

Ölkədə 52 BOKT fəaliyyət göstərir.

Hazırda ödəniş vasitəçilik xidmətləri yalnız bankar və milli poçt operatoru tərəfindən göstərilə bilir.

Qeyd edək ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qəbulu müxtəlif ödəniş xidmətləri göstərən şirkətlərin rəqabət qabiliyyətini artırmağa, həmçinin onların maliyyə allətlərinə çıxışını genişləndirməyə imkan verəcək. O cümlədən, bu qanunun qəbulu Azərbaycanda açıq bankinqi tətbiq etməyə, həmçinin fintex şirkətlərinə ölkənin ödəniş ekosistemində fəal iştirak etməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi