Azərbaycanda bələdiyyələrin maliyyə mənbələrinin artırılması təklif olunur

Azərbaycanda bələdiyyələrin maliyyə mənbələrinin artırılması təklif olunur Azərbaycanda gələn il bələdiyyələr üçün 12,5 milyon manat dotasiya nəzərdə tutulsa da, bu məbləğ onların maliyyə təminatı ilə bağlı məsələlərin tam həlli demək deyil.
Maliyyə
21 Noyabr , 2023 12:52
Azərbaycanda bələdiyyələrin maliyyə mənbələrinin artırılması təklif olunur

Azərbaycanda gələn il bələdiyyələr üçün 12,5 milyon manat dotasiya nəzərdə tutulsa da, bu məbləğ onların maliyyə təminatı ilə bağlı məsələlərin tam həlli demək deyil.

"Report" xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Bu məsələyə fərqli rakursdan yanaşmaq lazımdır. Yaxşı olar ki, bələdiyyələr üçün dünyadakı vergiyığma təcrübəsi tətbiq olunsun, onlar müxtəlif mənbələr hesabına vergi toplaya bilsinlər. Xüsusilə təklif edərdim ki, fiziki şəxslərin ödəyə biləcəyi avtomobil vergisi, bələdiyyələrin mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamından əldə olunan gəlirlər və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyələrə verilsin. Belə maliyyə mənbələri formalaşsa, bələdiyyələrin də fəaliyyəti doğru istiqamətdə qurula bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi