Azərbaycanda 5 sığorta agentinin lisenziyası ləğv edilib

Maliyyə
  • 29 noyabr, 2022
  • 12:53
Azərbaycanda 5 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar noyabrın 23-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciət əsasında qəbul edilib.