Azərbaycan yaxın 5 ildə dövlət borcunun 34 milyard manatı keçəcəyini gözləyir

Maliyyə
  • 15 aprel, 2026
  • 16:40
Azərbaycan yaxın 5 ildə dövlət borcunun 34 milyard manatı keçəcəyini gözləyir

2026-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 27,6 milyard manata çatacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

2027-ci ildə dövlət borcunun 29,2 milyard manat, 2030-cu ildə isə 34,3 milyard manat və yaxud həmin il üzrə proqnozlaşdırılan ÜDM-in 20,6 %-i qədər olacağı gözlənilir.

Dövlət borcuna xidmətləbağlı xərclər 2027-ci il üzrə 2 milyard 397,5 milyon manat proqnozlaşdırılır. 2027-ci il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclərin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər, o cümlədən, 1 milyard 63,5 milyon manatını əsas borc ödənişləri, 364 milyon manatını faiz xərcləri təşkil edir.

2027-ci ilin dövlət büdcəsində daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas, 832,8 milyon manat isə faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərcləri 2027-ci il üçün 1 milyard 196,8 milyon manat, o cümlədən, xarici dövlət borcu üzrə 364 milyon manat və daxili dövlət borcu üzrə 832,8 milyon manat nəzərdə tutulub.

44 - Tezliklə