Azərbaycan vətəndaşları ötən il 23 milyon manat cərimə ödəyib

Azərbaycan vətəndaşları ötən il 23 milyon manat cərimə ödəyib Ötən il Azərbaycanda sair daxilolmalar üzrə 86,8 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 216,3 milyon manat vəsait daxil olub
Maliyyə
195
24 May , 2021 11:09
Azərbaycan vətəndaşları ötən il 23 milyon manat cərimə ödəyib

Ötən il Azərbaycanda sair daxilolmalar üzrə 86,8 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 216,3 milyon manat vəsait daxil olub.

“Report” xəbər verir ki, bu barədə “2020-ci il üzrə dövlət büdcəsinin icracı haqqında” qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, daxil olan vəsaitin 59,2 milyon manatını Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqları üzrə hasil edilən qızılın Azərbaycanın payına düşən hissəsinin satışından daxilolmaların, 31,6 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə ilin sonuna istifadə olunmamış vəsait qalıqları, 22,5 milyon manatını cərimlərədən daxilolmalar, 20,5 milyon manatını xəzinə qalığının (sərbəst qalıq vəsaitlərinin) idarə edilməsindən daxilolmalar, 16,7 milyon manatını “Azərbaycan Dəmir Yolları” QSC-nin büdcədən aldığı kreditlərə görə daxilomalar, 14,5 milyon manatını müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar və 51,3 milyon manatını digər mənbələr üzrə daxilomalar təşkil edib.

Son xəbərlər

Orphus sistemi