Azərbaycan və Mərkəzi Asiya ölkələri bank sektorunda gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Azərbaycan və Mərkəzi Asiya ölkələri bank sektorunda gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib Azərbaycan və Orta Asiya ölkələrinin mərkəzi bankları arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib və ölkələrin ödəniş infrastrukturunun inteqrasiya imkanları müzakirə edilib.
Maliyyə
14 İyun , 2024 14:36
Azərbaycan və Mərkəzi Asiya ölkələri bank sektorunda gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin mərkəzi bankları arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib və ölkələrin ödəniş infrastrukturunun inteqrasiya imkanları müzakirə edilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, iyunun 13-14-də Bakıda AMB-nin təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın mərkəzi banklarının nümayəndələrinin iştirakı ilə regional tədbir keçirilib. Tədbir çərçivəsində mərkəzi bankların ödəniş sahəsi üzrə ekspertləri arasında təcrübə mübadiləsi baş tutub və qlobal ödəniş trendlərinə dair müzakirələr aparılıb.

Azərbaycanın ödəniş sektorunda baş verən yeniliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi, nağdsız ödənişlərdən istifadə trendləri, tətbiq olunan innovativ ödəniş həlləri, fintexlərin ödəniş bazarına cəlb edilməsi, eləcə də Milli Ödəniş Sisteminin əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb. Həmçinin rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin fintexlərin inkişafında rolu, maliyyə sektorunda müasir tənzimləmə texnologiyalarının tətbiqi, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi kimi mühüm məsələlərə dair müzakirələr də yer alıb.

Son xəbərlər

Orphus sistemi