Azərbaycan və Kamboca ikiqat vergitutmanı aradan qaldırır
Maliyyə
- 14 aprel, 2025
- 15:19
Kambocanın paytaxtı Pnompendə Azərbaycanla bu ölkə arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqların 1-ci mərhələsi keçirilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycandan danışıqlarda qurumun ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Kambocadan isə Maliyyə və İqtisadiyyat Nazirliyinin Vergi Departamentinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Müzakirələr nəticəsində saziş layihəsinin əksər maddələri üzrə razılıq əldə olunub, bir neçə maddənin razılaşdırılması məqsədilə danışıqların davam etdirilməsi qərara alınıb.
Son xəbərlər
10:38
İlqar İsbatov: Gənclərin WUF13-də aktiv iştirak etməsi gözlənilir
Daxili siyasət10:37
"Bakı Metropoliteni" İT sistemlərini "Hökumət buludu"na köçürüb
İKT10:34
"Fintrend" BOKT-un vəzifəli şəxsi cərimələnib
Maliyyə10:34
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
Sağlamlıq10:27
Azərbaycan və İsrail turist axınının artması fonunda uçuşların sayını iki dəfə artırmaq istəyir
Turizm10:23
Foto
Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir
Daxili siyasət10:22
BNF Azərbaycanın fövqəladə sessiyaya sədrliyini yüksək qiymətləndirib
İnfrastruktur10:20
Foto
"AdGo": Reklamın yeni, sürətli və rəqəmsal ünvanı
Biznes10:18