Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 9,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 2,9 milyon dollar pul köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,5% az və 21% çoxdur.
Təkcə 2022-ci ilin fevral ayında isə Azərbaycandan Gürcüstana 4,8 milyon dollar, əks istiqamətdə isə 1,5 milyon dollar pul köçürülüb.
Bunlar isə 2021-ci ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20% az və 15,3% çoxdur.