Bu il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları 65 milyard 299,3 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 85 %-i və yaxud 55 milyard 524 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15 %-i və yaxud 9 milyard 775,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 188,3 milyon ABŞ dolları və yaxud 1,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 608,9 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 579,4 milyon ABŞ dolları və yaxud 6,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 12 milyard 245,6 milyon ABŞ dolları və yaxud 23,1 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 10 milyard 137,6 milyon ABŞ dolları və yaxud 22,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 108 milyon ABŞ dolları və yaxud 27,5 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.10.2023 |
55 524,0 |
9 775,3 |
65 299,3 |
01.07.2023 |
54 915,1 |
9 195,9 |
64 111,0 |
01.04.2023 |
53 437,6 |
9 133,0 |
62 570,6 |
01.01.2023 |
49 033,6 |
8 995,7 |
58 029,3 |
01.10.2022 |
45 386,4 |
7 667,3 |
53 053,7 |