Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 17 % artırıb
- 16 yanvar, 2024
- 11:03
Bu il yanvarın 1-nə Azərbaycanın valyuta ehtiyatları 67 milyard 682,7 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 82,8 %-i və yaxud 56 milyard 69,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 17,2 %-i və yaxud 11 milyard 613 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 383,4 milyon ABŞ dolları və yaxud 3,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 545,7 milyon ABŞ dolları və yaxud 1 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 837,7 milyon ABŞ dolları və yaxud 18,8 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 9 milyard 653,4 milyon ABŞ dolları və yaxud 16,6 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 7 milyard 36,1 milyon ABŞ dolları və yaxud 14,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 617,3 milyon ABŞ dolları və yaxud 29,1 % artım nümayiş etdirib.
| ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
| 01.01.2024 | 56 069,7 | 11 613.0 | 67 682,7 |
| 01.10.2023 | 55 524,0 | 9 775,3 | 65 299,3 |
| 01.07.2023 | 54 915,1 | 9 195,9 | 64 111,0 |
| 01.04.2023 | 53 437,6 | 9 133,0 | 62 570,6 |
| 01.01.2023 | 49 033,6 | 8 995,7 | 58 029,3 |