"Azərbaycan Sığortaçılar Assosiasiyası" üzvlərinin sayını artırır

Maliyyə
  • 21 sentyabr, 2022
  • 10:46
Azərbaycan Sığortaçılar Assosiasiyası üzvlərinin sayını artırır

“Status Sığorta Brokeri” MMC "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə üzv olub.

"Report" bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, bununla da şirkət ASA-nın komitə iclaslarında və həyata keçirdiyi genişmiqyaslı layihələrdə iştirak edə biləcək, fəaliyyətinin stimullaşdırılmasında Assosiasiyanın imkanlarından istifadə edəcək.

Hazırda ASA daha 2 sığorta brokerinin üzvlüklə bağlı müraciətinə baxır və yaxın vaxtlarda onlara cavab verəcək.