"Azərbaycan Sığortaçılar Assosiasiyası"na yeni sədr seçilib

"Azərbaycan Sığortaçılar Assosiasiyası"na yeni sədr seçilib "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasına (MŞ) yeni sədr seçilib.
Maliyyə
17 Mart , 2023 10:35
Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçilib

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasına (MŞ) yeni sədr seçilib.

Qurumdan "Report"a verilən məlumata görə, bu, “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Ülviyyə Cabbarovadır.

O, yeni vəzifəsində bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş “Atəşgah Sığorta" ASC-nin İH-nin keçmiş sədri Azər Əliyevi əvəzləyib.

Sədr təyinatı ilə bağlı qərar ASA-nın MŞ-nın ötən gün keçirilmiş növbədənkənar iclasında qəbul edilib. Yeni sədrin namizədliyi səsvermə yolu ilə, yekdilliklə dəstəklənib.

Azərbaycanda fəaliyyət göstərən 5 həyat, 14 qeyri-həyat, 1 aqrar və 1 təkrarsığorta olmaqla bütün sığorta şirkətləri ASA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi