“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 20 % azalıb

Maliyyə
  • 13 oktyabr, 2023
  • 14:45
“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 20 % azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 3,481 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,8 % azdır.

9 ay ərzində ASB-nin gəlirləri 32,816 milyon manat (illik müqayisədə 27,4 % çox), xərcləri 28,316 milyon manat (31,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 130 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 890 min manat (18,8 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 707,507 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,9 % azdır. Bunun 238,217 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,3 % kiçilib.

Hesabat dövründə ASB-nin öhdəlikləri 1,8 % azalaraq 594,229 milyon manat, o cümlədən depozit portfeli dəyişməyərək 438,776 milyon manat, balans kapitalı isə 4 % artaraq 113,278 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti