Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb

Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb Hesabat dövründə qiymətli kağızlar bazarında 2 834 əqd bağlanılıb
Maliyyə
21 Aprel , 2021 17:34
Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 4 271,8 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,9 % və yaxud təxminən 2 dəfə çoxdur.

3 aylıq göstəricinin 2 782,6 milyon manatlıq hissəsi ilkin bazarda (təxminən 4,5 dəfə çox), 1 489,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,9 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 2 834 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. Əqdlərin 491-i ilkin bazarın (3,1 dəfə çox), 2 343-si isə təkrar bazarın (2,2 dəfə çox) payına düşüb.

Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 3 064 milyon manatlıq hissəsi və yaxud 71,7 %-i dövlət qiymətli kağızlarının, 154 milyon manatlıq hissəsi və yaxud 3,6 %-i korporativ qiymətli kağızların, 1 053,8 milyon manatlıq hissəsi və yaxud 24,7 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 3,5 dəfə çox, 5,5 dəfə az və 2,5 dəfə çoxdur.

Ötən 3 ayda bu bazarda bağlanmış əqdlərin isə 609-u və yaxud 21,5 %-i dövlət qiymətli kağızlarının, 1 495-i və yaxud 52,8 %-i korporativ qiymətli kağızların, 730-u və yaxud 25,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 2,2 dəfə çox , 2 dəfə çox və 3,1 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi