Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısına qatılıb

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısına qatılıb Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkə üzrə rəhbəri olduğu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) bu gün Yunanıstanın Saloniki şəhərində işə başlamış Rəhbərlər Şurasının 16-cı Xüsusi Toplantısında iştirak edir.
Maliyyə
3 Mart , 2023 11:26
Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısına qatılıb

Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkə üzrə rəhbəri olduğu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) bu gün Yunanıstanın Saloniki şəhərində işə başlamış Rəhbərlər Şurasının 16-cı Xüsusi Toplantısında iştirak edir.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, tədbirin gündəliyinə Bankın abunə kapitalının artırılması, 2023-2026-cı illər üçün Ortamüddətli Strategiya və Biznes Planının 2023-2024-cü illəri əhatə edən 1-ci mərhələsinin təsdiq edilməsi məsələləri daxildir.

QDTİB-i 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna yaradıb. Baş ofisi Salonikidə yerləşən Bank iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektor layihələrinə kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsi və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Son xəbərlər

Orphus sistemi