Azərbaycan ötən il xalis maliyyə öhdəliklərini 1 milyard dollardan çox azaldıb

Maliyyə
  • 31 mart, 2021
  • 07:15
Azərbaycan ötən il xalis maliyyə öhdəliklərini 1 milyard dollardan çox azaldıb

2020-ci ildə Azərbaycan xalis maliyyə öhdəliklərini 1 168,3 milyon ABŞ dolları məbləğində azaldıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, azalmanı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 4 527,7 milyon dollar artması, cəlb olunmuş investisiyaların repatriasiyasının 4 472,2 milyon dollar azalması, neft bonusunun 451,6 milyon dollar artması, portfel investisiyalarının 259,1 milyon dollar, digər investisiyaların isə 1 416,3 milyon dollar azalması təmin edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanın xalis maliyyə öhdəlikləri 1 385,9 milyon dollar artmışdı. Artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 4 275,2 milyon dollar artması, cəlb olunmuş investisiyaların repatriasiyasının 3 222,1 milyon dollar azalması, neft bonusunun 450,8 milyon dollar artması, portfel investisiyalarının 180 milyon dolları, törəmə maliyyə alətlərinin 4,6 milyon dollar azalması, digər investisiyaların isə 66,6 milyon dollar artması təmin etmişdi.