Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 12 % azalıb

Maliyyə
  • 17 may, 2022
  • 06:00
Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 12 % azalıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 76,361 milyon manat olub.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,7 % azdır.