Azərbaycan Mərkəzi Bankı ötən ili 163 milyon manat zərərlə başa vurub

Azərbaycan Mərkəzi Bankı ötən ili 163 milyon manat zərərlə başa vurub Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili 162 milyon 746 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 52 milyon 485 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
17 May , 2022 09:28
Azərbaycan Mərkəzi Bankı ötən ili 163 milyon manat zərərlə başa vurub

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili 162 milyon 746 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 52 milyon 485 min manat xalis mənfəətlə başa vurub.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il AMB-nin faiz gəlirləri 131 milyon 227 min manat (əvvəlki ilə nisbətən 22,5 % az), faiz xərcləri 166 milyon 457 min manat (11,6% çox), haqq və komissiya gəlirləri 20 milyon 488 min manat (99,9% çox), haqq və komissiya xərcləri 3 milyon 835 min manat (41 % az), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə gəlirləri 7 milyon 487 min manat (7 dəfə az), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə zərəri 6 milyon 415 min manat (11,8 dəfə az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 16 milyon 185 min manat (əvvəlki il gəlir olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis zərəri 35 milyon 394 min manat (əvvəlki il gəlir olub), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlirləri 23 milyon 254 min manat (əvvəlki il zərər olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlirləri 133 min manat (32,5 dəfə az), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 60 milyon 298 min manat (əvvəlki il gəlir olub), qiymətli kağızların dəyərsizləşməsinin bərpası üzrə gəlirləri 90 min manat (əvvəlki il zərər olub), xarici valyuta əməliyyatları üzrə xalis zərəri 935 min manat (əvvəlki il gəlir olub), sair əməliyyat gəlirləri 5 milyon 306 min manat (8,8 dəfə az), dəyərsizləşmə üzrə gəlirləri 18 milyon 361 min manat (27,7% çox), inzibati və sair əməliyyat xərcləri isə 79 milyon 573 min manat (20,4% az) təşkil edib.

Son xəbərlər

Orphus sistemi