Azərbaycan Mərkəzi Bankı gələn il üçün inflyasiya proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı gələn il üçün inflyasiya proqnozunu açıqlayıb Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflayasiyanın 5-5,5% civarında olacağını gözləyir.
Maliyyə
28 Dekabr , 2023 09:08
Azərbaycan Mərkəzi Bankı gələn il üçün inflyasiya proqnozunu açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5 % civarında olacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Məlumata görə, inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.

"AMB 2024-cü ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Ümumi inflyasiya ilə yanaşı baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq, inflyasiya gözləntilərinin qiymətləndirilməsi işi davam etdiriləcək. Qiymət sabitliyi ilə bağlı bir sıra risklər gələn il üzrə də aktuallığını saxlayır. Növbəti ildə də xarici amillər – dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorlar çox dəyişkən ola bilər. Qlobal iqtisadi aktivliyin azalması və ayrı-ayrı ölkələrdəki maliyyə sabitliyi risklərinin qlobal miqyasda reallaşması da müxtəlif kanallarla ölkədəki makroiqtisadi sabitliyə təsir edə bilər. Xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycanın xarici şəraiti üçün təhdid yarada bilər.

Mümkün xarici şokun neqativ təsirlərinin minimallaşdırılması sahəsində hökumətlə AMB-nin böhran idarəetməsi təcrübəsi və kifayət qədər resursları mövcuddur. Məcmu tələbin izafi genişlənməsi, xərc amillərinin təsirilə inflyasiya gözləntilərinin artması isə inflyasiya hədəfinə nail olmaqda başlıca daxili risk mənbələridir. Mövcud meyillərin davam etməsi halında fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur", - deyə qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi