Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu ötən il 8 %-dən çox azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu ötən il 8 %-dən çox azalıb Hesabat dövründə qeyri neft-qaz sektoruna investisiya qoyuluşları 12,3 % azalıb
Maliyyə
13 Yanvar , 2021 10:18
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu ötən il 8 %-dən çox azalıb

2020-ci ildə Azərbaycanda əsas kapitala 17 028,1 milyon manat və yaxud 2019-cu illə müqayisədə 8,3 % az vəsait yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il neft-qaz sektoruna yatırılmış investisiyalar 0,3 % artıb, qeyri neft-qaz sektoruna yönəldilmiş vəsait isə 12,3 % azalıb.

İstifadə olunmuş vəsaitin 11 175,8 milyon manatı və yaxud 65,6 %-i məhsul istehsalı sahələrinə, 4 485 milyon manatı və yaxud 26,4 %-i xidmət sahələrinə, 1 367,3 milyon manatı və yaxud 8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

İnvestisiya qoyuluşunun 11 911,1 milyon manatını və yaxud 69,9 %-ni daxili vəsaitlər təşkil edib, 10 954,1 milyon manatı və yaxud 64,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 %, büdcə vəsaitləri 27,6 %, bank kreditləri 6,2 %, əhalinin şəxsi vəsaitləri 5,7 %, sair vəsaitlər 8,6 %, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi