Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8%-ə yaxın azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8%-ə yaxın azalıb Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 5919,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% az vəsait yönəldilib.
Maliyyə
15 İyul , 2021 09:56
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8%-ə yaxın azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 5919,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% az vəsait yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,8%, qeyri neft-qaz sektoruna investisiyalar isə 11,3% azalıb.

İstifadə olunmuş vəsaitin 4 068,9 milyon manatı və yaxud 68,7%-i məhsul istehsalı sahələrinə, 1 381,5 milyon manatı və yaxud 23,4%-i xidmət sahələrinə, 469 milyon manatı və yaxud 7,9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 610,3 milyon manatını və yaxud 61%-ni daxili vəsaitlər təşkil edib, 3 938 milyon manatı və yaxud 66,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4%, büdcə vəsaitləri 19,1%, bank kreditləri 6%, əhalinin şəxsi vəsaitləri 7,2%, sair vəsaitlər isə 7,3% paya malik olub.

Son xəbərlər

Orphus sistemi