Azərbaycan iqtisadiyyatına bu il yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Maliyyə
  • 18 iyun, 2024
  • 05:16
Azərbaycan iqtisadiyyatına bu il yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 1 milyard 255,1 milyon manat​​​​​ vəsait yönəldilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,8 % azdır.

Hesabat dövründə xarici investisiyaların 1 milyard 195,2 milyon manatı (95,3 %-i) Böyük Britaniya, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ və Fransa sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, yanvar-may aylarında Azərbaycanda əsas kapitala 6 milyard 640,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox vəsait yönəldilib. Neft-qaz sektoruna investisiyalar 9,2 %, qeyri neft-qaz sektoruna isə 12,1 % artıb.