Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 986,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çox ümumi daxili məhsul istehsal olunub.
Maliyyə
12 May , 2023 12:14
Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 986,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çox ümumi daxili məhsul istehsal olunub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.

4 aylıq ÜDM istehsalının 46,8 %-i sənaye, 8,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 2,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,2 % artaraq 3946 manat olub.

Son xəbərlər

Orphus sistemi