Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 709,3 milyon manatlıq və yaxud ötən eyni dövrü ilə müqayisədə 4,3% az ümumi daxili məhsul istehsal olunub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9%, neft-qaz sektorunda isə 6,5% azalıb.
ÜDM istehsalının 34%-i sənaye, 11,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 6 485,7 manata bərabər olub.