Azərbaycan beynəlxalq investisiya və inkişaf fondlarına kapital qoyuluşunu 8 dəfəyə yaxın artırıb

Azərbaycan beynəlxalq investisiya və inkişaf fondlarına kapital qoyuluşunu 8 dəfəyə yaxın artırıb 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının maliyyələşdirilməsinə 243,1 milyon manat vəsait ayrılacaq.
Maliyyə
27 Dekabr , 2024 11:25
Azərbaycan beynəlxalq investisiya və inkişaf fondlarına kapital qoyuluşunu 8 dəfəyə yaxın artırıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının maliyyələşdirilməsinə 243,1 milyon manat vəsait ayrılacaq.

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 7,95 dəfə çoxdur.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Son xəbərlər

Orphus sistemi