Azərbaycan banklarının xalis xarici aktivləri 12 % artıb

Maliyyə
  • 01 aprel, 2023
  • 12:04
Azərbaycan banklarının xalis xarici aktivləri 12 % artıb

Bu ilin martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 23 milyard 298,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, bu, aylıq müqayisədə 9,9 % az, ilin əvvəlinə nisbətən 6,9 % az, 2022-ci ilin martın 1-i ilə müqayisədə isə 12 % çoxdur.

Bu ilin fevral ayının sonuna bankların xalis daxili aktivləri 18 milyard 434,8 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 14,2 %, ilin əvvəli ilə müqayisədə 3,6 %, illik müqayisədə isə 41 % çoxdur.

Azərbaycanda 25 bank fəaliyyət göstərir.