İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 6-da, saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə fevralın 7-də, saat 10:00-dan “Elektron ipoteka və kredit zəmanət “sistemi
Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.