Azərbaycan banklarına depozit qoyuluşu 5 %-ə yaxın artıb

Maliyyə
  • 02 oktyabr, 2023
  • 06:33
Azərbaycan banklarına depozit qoyuluşu 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 34 milyard 325,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 % çox, ilin əvvəlinə nisbətən 5,3 % az, 2022-ci il sentyabrın 1-i ilə müqayisədə isə 4,5 % çoxdur.

Bunun 56,5 %-i, yaxud 19 milyard 405,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 1,8 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,9 % artaraq 12 milyard 580,1 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 6 % artaraq 2 milyard 339,7 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 21 milyard 892,9 milyon manatı (il ərzində 3 % azalıb) qısamüddətli, 12 milyard 432,2 milyon manatı (21 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.

Ölkədə 24 bank fəaliyyət göstərir.