Azərbaycan bankı 10 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 26 sentyabr, 2023
  • 07:29
Azərbaycan bankı 10 milyon manatlıq istiqraz buraxır

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Onların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək, hərrac tarixi 2 gün əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti