"Azər-Türk Bank" ötən ili 7,4 mln. manat xalis mənfəətlə başa vurub

Maliyyə
  • 30 yanvar, 2017
  • 11:00
Azər-Türk Bank ötən ili 7,4 mln. manat xalis mənfəətlə başa vurub

Bakı. 30 yanvar. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin cəmi aktivləri 1 yanvar 2017-ci il tarixinə 475,794 mln. manat təşkil edib.

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, ötən ilin yekununda “Azər-Türk Bank”ın kredit portfelinin həcmi 150,162 mln. manat olub. İl ərzində bankın nizamnamə kapitalı sabit – 50 mln. manat qalsa da, məcmu kapitalı 6,7 mln. manat artaraq, 57,6 mln. manata çatıb.

Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,07%, kapitalın gəlirliliyi (ROE) 15,39% təşkil edib.

Hesabat ilində bank 267,976 mln. manat depozit cəlb edib ki, bunun da 135,954 mln. manatı əhalinin əmanətləridir.

“Azər-Türk Bank”ın ümumi gəlirləri 47,365 mln. manat, ümumi xərcləri 37,773 mln. manat, xalis mənfəəti isə təxminən 7,4 mln. manat təşkil edib.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan hökumətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

44 filmi