Azərbaycanda bank əmanətlərinin həcmi 7 mlrd. manata çatıb
Maliyyə
- 02 oktyabr, 2014
- 23:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2014-cü il sentyabrın 1-nə 6,993 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, illik müqayisədə 903 mln. manat və ya 14,8% çoxdur.
Eyni zamanda, bu ilin əvvəlindən bank əmanətlərinin həcmi 597 mln. manat və ya 9,3%, avqust ayında isə 53 mln. manat və ya 0,7% artıb.
Qeyd edək ki, ötən il ərzində əmanətlərin artımı 25,1% təşkil edib. Ötən ilin yanvar-avqust aylarında artım 19,1% olub. Beləliklə, əmanətlərin artım tempinin müəyyən dərəcədə azalması müşahidə olunur.
Son xəbərlər
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda
09:22
Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
Futbol
09:08
ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Digər ölkələr
08:56
Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Digər ölkələr
08:47
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib
Energetika
08:37
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
İKT
08:21
ABŞ-də "PepsiCo" şirkətinin törəmə müəssisəsinin zavodunda partlayış və yanğın olub
Digər ölkələr