EBRD: “Azərbaycan iqtisadiyyatındakı artım xarici investisiya axını üçün imkan yaradır”

EBRD: “Azərbaycan iqtisadiyyatındakı artım xarici investisiya axını üçün imkan yaradır” “Azərbaycan iqtisadiyyatındakı artım xarici investisiya axını üçün imkan yaradır”.
Maliyyə
17 May , 2022 13:31
EBRD: “Azərbaycan iqtisadiyyatındakı artım xarici investisiya axını üçün imkan yaradır”

“Azərbaycan iqtisadiyyatındakı artım xarici investisiya axını üçün imkan yaradır”.

“Report” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Azərbaycan-Avropa İttifaqı biznes forumunda onlayn çıxışı zamanı bildirib.

O, Azərbaycan hökumətinin pandemiya zamanı qeyri-neft sektoruna böyük kömək etdiyini bildirib, həmçinin iqtisadi artımda Mərkəzi Bankın oynadığı rolu xüsusi vurğulayıb.

Onun sözlərinə görə, bank sektorunda həyata keçirilən islahatlar ödənişlərə nəzarətin gücləndirilməsinə yönəldilməlidir.

O, Azərbaycanın dövlət strukturları ilə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və EBRD-nin bu işlər çərçivəsində təcrübəsini bölüşməyə hazır olduğunu deyib.

Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri  EBRD-nin Azərbaycanda yaşıl texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə layihələr icra etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi