Avronun məzənnəsi 14 illik minimuma enib

Avronun məzənnəsi 14 illik minimuma enib Dolların məzənnəsi yaxın günlərdə avronu keçə bilər
Maliyyə
20 Dekabr , 2016 17:36
Avronun məzənnəsi 14 illik minimuma enib

Bakı. 20 dekabr. REPORT.AZ/ Avronun dollarla müqayisədə məzənnəsi son 14 ilin minimal həddinə enib. 

"Report" xəbər verir ki, bu gün avro/dollar cütlüyünün məzənnəsi 1,0352 USD/EUR səviyyəsinə qədər geriləyib. 

Geriləməyə səbəb ABŞ iqtisadiyaytından gələn müsbət xəbərlər, Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması və 2017-ci ildə bu tendensiyanı daha sürətlə davam etdirməsi barədə işarə verməsi, Avropa İttifaqı (Aİ) iqtisadiyyatından gələn zəif göstəricilər və Aİ ölkələrində iqtisadi-siyasi problemlər göstərilir. 

"Report"un analitik qrupu yaxın günlərdə avro ilə dolların bərabərləşəcəyini ehtimal edir: "Hətta 2017-ci ilin ilk yarısında dolların avrodan daha güclü olması istisna edilmir. Dolların güclənməsinin inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir göstərəcəyi proqnozlaşdırılır". 

İngilis versiyası Euro fell to 14 years low

Son xəbərlər

Orphus sistemi