“Avrasiya-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 29 may, 2024
  • 11:35
“Avrasiya-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 527 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 36,2 % çoxdur.

Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 659 min manat (əvvəlki ilə nisbətən 36,4 % çox), mənfəət vergisi ödəmələri isə 132 min manat (36,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 4,385 milyon manat olub ki, bu da illik müqayisədə 15,9 % çoxdur. Bunun 4,098 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 23,4 % böyüyüb.

Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri 6,1 % artaraq 858 min manata, balans kapitalı isə 18,5 % artaraq 3,526 milyon manata çatıb.

Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).

Son xəbərlər

Bütün Xəbər Lenti