"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib

Maliyyə
  • 20 noyabr, 2026
  • 12:52
Bakı Fond Birjasının vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-də (BFB) vəzifəli şəxsini cərimələyib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı nəzarət tədbirləri çərçivəsində Birjada "Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydaları"nın tələblərinin pozulduğu müəyyən edilib. Bununla əlaqədar BFB-nin Listinq Komitəsinin sədri Oqtay Qasımova İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat inzibati cərimə tətbiq edilib.