Azərbaycanda qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi subyektlər 2021-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər.
"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasının iqtisadi subyektlərin rəhbərlərinə müraciətində bildirilir.
Həmin subyektlər aşağıdakılardır:
Sıra №si | Məcburi audit subyektləri | Məcburi auditdən keçmənin qanunvericilikdə təsbiti və əsası |
1. | İctimai əhəmiyyətli qurumlar | “Mühasibat uçotu haqqında” qanunun 12-ci maddəsinə əsasən. |
2. | Məhdud məsuliyyətli cəmiyyətlər | Mülki Məcəllənin 91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə. |
3. | Səhmdar cəmiyyətləri | Mülki Məcəllənin 107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə. |
4. | Banklar və digər kredit təşkilatları | “Banklar haqqında” qanunun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən. |
5. | Sığorta təşkilatları və cəmiyyətləri | “Sığorta fəaliyyəti haqqında” qanunun 74-cü maddəsinə əsasən. |
6. | İnvestisiya fondları | “İnvestisiya fondları haqqında” qanunun 26-cı maddəsinə əsasən. |
7. | Maliyyə-sənaye qrupları | “Maliyyə-sənaye qrupları haqqında” qanunun 16-cı və 17-ci maddələrinə əsasən. |
8. | Fondlar | Mülki Məcəllənin 115.3-cü maddəsinə əsasən. |
9. | Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) | “Mühasibat uçotu haqqında” qanunun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə. |
10. | Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrnat və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları | “Mühasibat uçotu haqqında” qanunun 12.2-ci maddəsinə əsasən |
11. | Publik hüquqi şəxslər | “Publik hüquqi şəxslər haqqında” qanunun 12-1-ci və Publik hüquqi şəxslərin nizamnamələrinə əsasən. |
12. | Siyasi Partiyalar | “Mühasibat uçotu haqqında” qanunun 14.6-cı maddəsinə əsasən. |
13. | Kənd təsərrüfatı kooperasiyası | “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun 5.4-cü maddəsinə əsasən. |
14. | Bələdiyyələrin maliyyəsinin əsasları haqqında | “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 13-cü maddəsinə əsasən. |
15. | İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının təşkili, idarə edilməsi, auditi və maliyyələşməsi | “Qiymətli kağızlar bazarı haqqında” qanunun 61-ci maddəsinə əsasən. |
16. | Prezidentin fərman və yaxud sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar. |
"Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. Bildiririk ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər.