Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 39,1% artaraq hesabat dövrünün sonuna 336,1 mln. manat təşkil edib. Həmçinin, depozit portfeli 31,6% artaraq 321,1 mln. manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə Bankın nizamnamə kapitalı 18,7% artaraq 44,5 mln. manata çatıb.
Cari ilin III rübünün sonuna hüquqi şəxslərə verilmiş kreditlərin həcmi 199,1 mln. manat təşkil edib və hazırda bankın kredit portfelində hüquqi şəxslərin xüsusi çəkisi 59,2% təşkil edir. Bu isə 2013-cü ilin sonu ilə müqayisədə 29 faiz bəndi artım deməkdir.
Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla əhaliyə xidmət göstərir. Bankın filiallarından 12-si Bakıda, 13-ü isə bölgələrdə yerləşir.