ASCO istiqrazları üzrə növbəti faizlər ödənilib
Maliyyə
- 04 mart, 2026
- 10:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) istiqrazları üzrə növbəti kupon ödənişləri olub.
"Report" ASCO-ya istinadən xəbər verir ki, istiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qazandırıb.
Faiz ödənişlərinin 3 milyon dolları 3 mart 2023-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazlar, 1,5 milyon dolları isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 50 milyon ABŞ dolları olan istiqrazların payına düşüb.
Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan ASCO istiqrazları 5 illik buraxılıb. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər 6 aydan bir ödənilir.
Son xəbərlər
05:41
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
Digər ölkələr
05:28
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Fərdi
05:16
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Fərdi
04:31
Foto
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr