“Aqrar İnnovasiya və Təchizat Şirkəti” I yarımili zərərlə başa vurub
- 19 sentyabr, 2023
- 06:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC bu ilin I yarısını 2,224 milyon manat zərərlə başa vurub.
“Report” xəbər verir ki, yanvar-iyun aylarında şirkətin satışdan (əsas əməliyyat) gəlirləri 23,914 milyon manat, satışının maya dəyəri 21,09 milyon manat, sair əməliyyat gəlirləri 84 min manat, sair əməliyyat xərcləri 15 min manat, kommersiya xərcləri 1,616 milyon manat, inzibati xərcləri 3,405 milyon manat, maliyyə xərcləri 95 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin aktivləri 17,766 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 23,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 17 % azalaraq 14,262 milyon manat, balans kapitalı 41,9 % azalaraq 3,504 milyon manat, nizamnamə kapitalı isə 2 dəfə artaraq 200 min manat olub.
Xatırladaq ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2019-cu ildə yaradılıb, kənd təsərrüfatı istehsalı vasitələrinin və dövlətin verdiyi subsidiyalı gübrənin satışı ilə məşğuldur.