Azərbaycan Mərkəz Bankı (AMB) bank sektorunun rəqəmsallaşdırılması üçün biri sıra təşəbbüslərlə çıxış edib.
“Report” xəbər verir ki, bunu AMB-nin İnformasiya texnologiyaları departamentinin baş mütəxəssisi Sahib Həsənov deyib.
Onun sözlərinə görə, ötən il istifadəyə verilmiş rəqəmsal identifikasiya sistemi bu il daha da təkmilləşdiriləcək: “Bildiyiniz kimi ötən ildən həmin sistem vasitəsi ilə müştərilərin video identifikasiyası tətbiq edilirdi. Amma bu ildən biz bu sistemi daha da təkmilləşdirərək “face identification” (üz oxuma) funksiyasını da işə salacağıq. Bu isə təbii ki, bankların daha da rəqəmsallaşmasına və müştəri məlumatlarının daha tez yoxlanmasına şərait yaradacaq”.
AMB rəsmisi həmçinin Azərbaycanda yeni platformanın da yaradıldığını qeyd edib: “Hazırda KYC deyilən yeni platformanın üzərində iş gedir. Artıq yaradılan bu platforma test edilib və yaxın zamanda geniş tətbiqinə başlanacaq. Bu sistemin işə düşməsi ilə kommersiya banklarının xərcləri azalacaq”.